Modern.az

Bakıda xəstələrlə həkimlərin futbol yarışı keçiriləcək  

Bakıda xəstələrlə həkimlərin futbol yarışı keçiriləcək   

Aktual

30 Aprel 2018, 15:22

Orqan transplantasiyası (qaraciyər və böyrək) olmuş xəstələrlə həkimlərin futbol görüşü keçiriləcək

Bu barədə Modern.az-a  Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi məlumat verib.

Cərrah bu görüşün sosial layihə çərçivəsində təşkil olunacağını vurğulayıb:

“Görüş mayın 4-də saat 15:30-da keçiriləcək. Qeyd edim ki, qalib gələcəklərinə dair xəstələr çox iddialıdırlar”.

Məlumat üçün bildirək ki, görüş Böyük şor gölü yanında yerləşən Azfar stadionunda (olimpiya kəndinin arxası. H. Əliyev prospekti ilə şəhər istiqamətinə 1-ci yol ilə gələrkən ASAN xidmətin yanindan sağa+düz+sağa sonra ilk dairədən sola ve korpünün altından keçən kimi sol tərəfdə stadion görünəcək).

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?