Modern.az

“Qaçqınkom”un yeni mətbuat katibi: “Hər şeyin yaxşı olması üçün çalışacam”  

“Qaçqınkom”un yeni mətbuat katibi: “Hər şeyin yaxşı olması üçün çalışacam”   

Aktual

2 May 2018, 12:54

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni kadr təyinatı olub. 

 

Modern.az  xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

 

Əmrə əsasən, İbrahim Mirzəyev qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru təyin edilib.   

İ.Mirzəyev Komitənin mətbuat katibi kimi ilk qısa açıqlamasını Modern.az-a verib. O, mətbuatla əlaqələrin qurulmasında hər şeyin yaxşı olması üçün çalışacağını bildirib. 

 

Xatırladaq ki, prezident seçkilərindən sonra yeni hökumətin formalaşdırılarkən deputat Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

 

Təyinatdan sonra Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov işdən çıxarılıb. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?