Modern.az

Zürafə film çəkilişi zamanı rejissoru öldürüb - AFRİKADA 

Zürafə film çəkilişi zamanı rejissoru öldürüb - AFRİKADA 

Aktual

6 May 2018, 11:47

Kinorejissor Karlos Karvalyo CAR-da film çəkilişi zamanı zürafənin hücumundan sonra dünyasını dəyişib.

 

Modern.az Report”a istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.

 

Karvalyo turistlərin yabanı həyatı izləmək üçün gəldiyi yerli oyun fermalarından birində heyvanları iri planda çəkirmiş. Hansısa məqamda rejissora heç bir səbəb olmadan zürafə yaxınlaşıb və onu güclü zərbə ilə elə vurub ki, kişi bir neçə metr kənara düşüb.

 

"Mən Karlosun yanında idim, birdən zürafə gözlənilmədən boynunu tərpətdi və onun başından vurdu. Karvalyo təqribən 4-5 metr kənara düşdü", — deyə hadisə şahidi olan operator Dirk van der Merv bildirib.

 

Rejissor Yohannesburq xəstəxanasına aparılsa da, başından aldığı xəsarətlərdən orada keçinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?