Modern.az

Gürcüstandan Türkiyəyə qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstandan Türkiyəyə qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Aktual

6 May 2018, 12:29

Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 10 nəfər saxlanılıb.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, saxlanılan şəxslər arasında 1 Azərbaycan vətəndaşı da var.

 

Azərbaycan vətəndaşı 3  Banqladeş vətəndaşı ilə Gürcüstan-Türkiyə sərhədində yerləşən Vale sərhəd-keçid məntəqəsi yaxınlığında dövlət sərhədini qanunsuz keçməyə cəhd edib. Qonşu ölkənin dövlət sərhədini pozmağa cəhd edən daha 5 Banqladeş və 1 Gürcüstan vətəndaşı isə Axaltsixe rayonunda Caral sərhəd bölməsi ərazisində saxlanılıb. 

 

 

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sərhəd-keçid məntəqələrindən yan keçməklə Türkiyə ərazisinə daxil olmağa cəhd ediblər. Onları 4 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?