Modern.az

İlham İsmayıl səs-küylü statusuna AYDINLIQ GƏTİRDİ: “İstehza çox açıq görünürdü”  

İlham İsmayıl səs-küylü statusuna AYDINLIQ GƏTİRDİ: “İstehza çox açıq görünürdü”    

Aktual

11 May 2018, 15:57

Son günlər Ermənistanda baş verən hadisələr – hakimiyyət dəyişikliyi, “məxməri inqilab” bölgədə diqqətləri özünə cəlb edib. Ölkədəki nümayişlərin ardınca baş nazir postuna əyləşən Paşinyan digər xələfləri kimi Qarabağı diqqətdən kənar qoymayıb.

Paşinyanın mayın 9-da baş tutan Qarabağ səfəri Azərbaycanda da müzakirələrə səbəb olub.

Facebook sosial şəbəkəsində Paşinyandan sitat kimi yazılan “Tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib” açıqlaması isə Azərbaycanda adi vətəndaşlardan tutmuş rəsmilərə, hətta Xarici İşlər Nazirliyinə qədər əks reaksiyalara səbəb oldu.

Halbuki, qısa vaxt ərzində bəlli oldu ki, Paşinyan belə fikir səsləndirməyib, həmin sözləri işğalçı ölkə baş nazirinin Şuşaya səfərindən hiddətlənin təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl sarkazmla yazıb. İlham İsmayıl bu statusla əməlli-başlı gündəm yarada bildi.

Onun sarkazm və istehzayla yazdığı status:

“Paşinyan gəldi Qarabağa, dedi ki, “buranın ağası bizik”. Paşinyan beynəlxalq jurnalistlərin qarşısında bəyan etdi ki, “tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik? Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq””.

İndi sosial şəbəkələrdə İlham İsmayılı qınayanlar çoxdur.

Bu statusdan sonra təhlükəsizlik məsələləri üzrə ekspert ona qarşı yaranan inamsızlıqdan narahatlıq keçirirmi?


İlham İsmayıl Modern.az-a açıqlamasında deyib ki, statusunda sarkazmı duymamaq qeyri-mümkündür.

“Qeyri-peşəkar mətbuat işçiləri məsələni dəqiqləşdirmədən yazdıqlarımı xəbər etdilər. Ən azından mənimlə dəqiqləşdirə bilərdilər. İstehza orada çox açıq görünür. Digər bir biabırçılıq ondadır ki, istehzaya Xarici İşlər Nazirinin müavini də münasibət bildirdi.

Mənə qarşı kim inamsız olacaq?! Zarafat etmirəm axı! O zaman gərək sarkazm üsulu ilə yazan Mirzə Ələkbər Sabirdən tutmuş, Mirzə Cəlilə qədər hamısına qarşı inamsızlıq  yaradaq ki, “ay aman,  bunlar ironiya dili ilə danışıb”. Digər tərəfdən, mənim statusum xəbər deyil axı... Adi ironiya ilə yazılmış Facebook statusudur”.

Ekspert statusu yazan zaman düşdüyü vəziyyəti belə təsvir edib:

“Statusu yazanda heç bir xüsusi psixoloji gərginlik keçirməmişəm. Həmin vaxt Qarabağda idim, elə indi də ordayam, Ermənistanın baş naziri Paşinyan Şuşaya gəlməzdən 2 gün öncə də bu barədə yazdım. Paşinyanın çox rahat gəlib-getməsinə maneçilik törətməyin lazım olduğunu bildirdim. Cəbhədə, ya da diplomatiyada ona qarşı nəsə bir silah istifadə etmək lazım idi. Hətta, yazımın başlığı belə idi . “Qarabağ siyasətində inqilab olsun”.
İki gün sonra isə informasiya mənbələrinə baxanda Paşinyanın Qarabağa təntənəli şəkildə gəldiyini, parad keçirdiyini və bizim ünvanımıza Sarkisyandan da çox sərt bəyanatlar səsləndirdiyini oxudum. Ardınca XİN rəsmisi Hikmət Hacıyevin Paşinyanın çıxışna verdiyi cavabı oxudum. Cavab çox hərəkətsiz idi. Sanki sülh şəraitində yaşayırıq, ya da mənasız bir hadisə olubmuş  təsiri bağışladı. Hacıyev BMT-nin qətnamələrini yada salıb. Buna çox əsəbləşdim. Paşinyanın gəlişi fonunda yaranan susqunluğu qorxaqlıq kimi qəbul etdim. Bu, məndə bir əsəb yaratdı”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?