Modern.az

Rusiya qırıcısı təlim zamanı yandı – VİDEO

Rusiya qırıcısı təlim zamanı yandı – VİDEO

Aktual

19 May 2018, 01:08

Rusiyanın Perm şəhərində “MiQ-31” qırıcısı havaya qalxmağa hazırlaşdığı əsnada mühərrikində güclü yanğın baş verib.

 

Modern.az  xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

 

Hadisənin görüntüsü “YouTube” portalına yerləşdirilib.

 

İlkin ehtimala görə, yanğına mühərrik sistemində baş verən qısa qapanma səbəb olub.

 

“Pilotlar təlim uçuşunu yerinə yetirməyə hazırlaşıb. Ancaq qırıcı eniş-uçuş zolağına çıxan zaman, ilkin məlumata əsasən, mühərrikində qısa qapanma baş verib və təyyarə yanmağa başlayıb.”, - deyə məlumatlı mənbə bildirib.

 

Hər iki pilot vaxtında təyyarəni tərk edə bilir, yanğın xilasedicilər tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?