Modern.az

Fevralda olub - Nazirlik qalmaqallı xəbərə aydınlıq gətirdi

Fevralda olub - Nazirlik qalmaqallı xəbərə aydınlıq gətirdi

Aktual

21 May 2018, 13:40

Bakıda "Stimul Hospital”da xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişməsi hadisəsi yeni deyil, bu hadisə fevral ayında olub.

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Nazirlikdən bildirilib ki, əməliyyat olunan Quliyeva Yeganə Fəxrəddin qızının ölümü fevralın 14-də baş verib.

 

Meyit üzərində aparılan məhkəmə-tibb ekspertizasının nəticələri Bakı Şəhər Prokurorluğu və Sabuncu rayon prokurorluğuna təqdim edilib.

Müayinə zamanı xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişdiyi təsdiqlənib.

Hazırda istinaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?