Modern.az

"Azərsu" abonentlərlə nəzarətçilərin təmasını minimuma endirdi

Aktual

22 May 2018, 11:48

May ayından etibarən "Azərsu" ASC-nin 12-ci elektron xidməti fəaliyyətə başlayıb. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin informasiya və kommunikasiya texnologiyaları departamentinin rəhbəri Emil Əhmədov bildirib. E.Əhmədov deyib ki, yeni xidmət abonentlərlə nəzarətçilər arasında təmasın minimuma endirilməsi məqsədi daşıyır:

"Yeni xidmətin fəaliyyətə başlaması ilə abonent internet vasitəsilə sayğacının göstəricisi və hər hansı problem barədə məlumat verə biləcək. Bildiyiniz kimi, sayğaclar mənzil daxilində yerləşdiyindən istənilən vaxt nəzarətçilərimiz göstəriciləri öyrənə bilmir. Bəziləri isə qapını açmadan göstəricini yanlış deyir. Yeni xidmətlə internet üzərindən ediləcək müraciətlərə 5 iş günü ərzində baxılacaq".

Qurum rəsmisi qeyd edib ki, abonentlər bildirişləri internet vasitəsilə alacaqlar. Həmçinin, təqdimat zamanı yeni xidmətin vətəndaşların təhlükəsizliyinin təmin edəcəyi vurğulanıb.

"Bəzi hallarda özünü bizim əməkdaşımız kimi təqdim edərək qarət halları qeydə alınırdı. Yeni xidmətlə artıq bu problemlər tamamilə aradan qalxacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?