Bu ilin sonuna qədər "Azərsu" Açıq Səhmdar Cəmiyyəti daha 4 elektron xidmət təqdim edəcək.
Modern.az xəbər verir ki, bunu 12-ci elektorin xidmətin təqdimatı zamanı qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllının sözlərinə görə, 2018-ci ilin əvvəlindən bugündək "Azərsu"ya 155 minə yaxın müraciət daxil olub: "İlin sonuna qədər 500 min müraciət daxil olmasını gözləyirik".
Qurum rəsmisi qeyd edib ki, ASC 2012-ci ildə 2, 2014-cü ildə 1, 2015-ci ildə 1, 2016-cı ildə 3, 2017-ci ildə isə 4 elektron xidmət istifadəyə verib: "Bu il daha 4 xidmətin istifadəyə verilməsini planlaşdırırıq. 2013-cü ildə 21, 2014-cü ildə 5181, 2015-ci ildə 13 644, 2016-cı ildə 40 760, 2017-ci ildə 347 283, bu ilin ilk 4 ayında isə 155 464 elektron müraciət daxil olub".