Modern.az

Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən çıxarıldı

Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən çıxarıldı

Aktual

30 May 2018, 17:45

Bu gün Kənd Təsərrüfatı Nazirliyində qurumun tabeliyindəki strukturların, Ərazi Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Modern.az xəbər verir ki, bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib.

Onun sözlərinə görə, işlərində yol verdikləri ciddi nöqsanlara görə Ağstafa və Yardımlı Rayon Kənd Təsərrüfatı İdarələrinin rəisləri Əliyev İltifat Abı oğlu və İsmayılov Fəxrəddin Baxış oğlu tutduqları vəzifədən azad olunublar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?