Ukraynada öldürüldüyü iddia edilən rusiyalı jurnalist Arkadi Babçenko sağ imiş.
Modern.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, Ukrayna Təhlükəsizlik Xidmətinin konfransına qatılıb.
“Mən Arkadi Babçenkonun ailəsinə başsağlığı vermək istərdim, lakin bunu etməyəcəm. Əksinə, mən bu gün Arkadini üçüncü doğum günü münasibətilə təbrik edirəm və onu zala dəvət edirəm”, - Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak deyib.
O, həmçinin əlavə edib ki, Babçenkoya sui-qəsd hazırlanması barədə qurumun məlumatı olub. Onun ölümü haqda məlumat isə xüsusi əməliyyat çərçivəsində yayılıb.