Əfqanıstanın Gilmənd vilayətində güclü partlayış baş verib.
Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşının öldüyü bildirilir.
Məlumata görə, partlayıcı qurğu polis məntəqəsinin yaxınlığında dayanmış avtomobildə işə düşüb. Partlayışdan sonra rayonda təxliyə aparılıb.
Partlayış nəticəsində daha 8 əməkdaşın yaralandığı bildirilir.