Modern.az

Türkiyə parlamentinin deputatı Paşinyanla görüşəcək

Türkiyə parlamentinin deputatı Paşinyanla görüşəcək

Aktual

31 May 2018, 11:44

Erməni əsilli Türkiyə Parlamentinin Kürd Demokratik partiyasının deputatı Karo Paylyan Ermənistana səfər edəcək.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə deputat “Akunq.net” erməni saytına verdiyi müsahibədə bildirib.

 

Deputat səfər zamanı hazır ki baş nazir Nikol Paşinyanla görüşmək niyyətindədir.

O bundan əvvəlki səfəri zamanı Ermənistan Parlamentinin “Çıxış” bloku ilə görüşlər keçirib. Paylyan bu vaxt hazır ki baş nazir Nikol Paşinyanla da görüşüb.

 

“Türkiyədəki seçkilərdən dərhal sonra mən Ermənistana səfər edib Nikol Paşinyanla üz-üzə görüşməyi planlaşdırıram” – Paylyan bildirib.

 

Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?