Modern.az

Bakıdakı yanğından 35 nəfər təxliyə olunub  

Bakıdakı yanğından 35 nəfər təxliyə olunub   

Aktual

31 May 2018, 16:52

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Sabunçu rayonunda baş vermiş yanğın barədə növbəti məluat yayıb.


FHN-dən Modern.az-a verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.

Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub.

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.

Vəziyyətləri normaldır. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...