Ukraynada rusiyalı jurnalist Arkadiy Babçenkoya qarşı sui-qəsdi təşkil etməkdə şübhəli bilinən şəxsin adı Boris Lyvoviç Qermandır.
Modern.az xəbər verir ki, bu haqda Kiyevin Şevçenko rayon məhkəməsi məlumat yayıb.
Həmin məhkəmə prokurorluğun həmin şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qaldırdığı vəsatətə baxacaq.
İstintaq məlumatına görə, bizneslə məşğul olan B.L.Qerman Rusiyanın xüsusi xidmət orqanları tərəfindən bu işə cəlb olunub və 30-a yaxın insanı qətlə yetirməyi planlaşdırıb. Jurnalistə qarşı “sui-qəsdin” sifarişçisinin kimliyi isə açıqlanmır.