Modern.az

Fuad Muradov Leyla Əliyeva ilə görüşdə iştirak etdi

Fuad Muradov Leyla Əliyeva ilə görüşdə iştirak etdi

Aktual

1 İyun 2018, 14:09

Rusiya Federasiyasının Həştərxan şəhərində Heydər Əliyev Fondunun inşa etdiyi Azərbaycan Biznes Mərkəzinin inzibati binasının Azərbaycan diasporuna ayrılmış ofisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan diaspor nümayəndələri ilə görüşüb.

 

Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, Rusiya Azərbaycan Gənclər Təşkilatının regional bölmələrinin rəhbərləri və nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək gənclərin Azərbaycan diasporunun fəaliyyətində oynadığı önəmli rol barədə danışıb.

 

Komitənin sədri həmçinin Həştərxan vilayətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, nümayəndələri və Həştarxanda təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb. Azərbaycanın diaspor strategiyası, Komitənin fəaliyyətinin prioritet istiqamətləri, gələcəkdə Dövlət Komitəsi ilə birgə tədbirlərin keçirilməsi və s müzakirə edilib.

 

Sonda diaspor təşkilatlarının təmsilçilərinə xatirə hədiyyələri təqdim edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?