Modern.az

Qırğızıstan və Tacikistan bu məsələdə razılıq əldə etdilər

Qırğızıstan və Tacikistan bu məsələdə razılıq əldə etdilər

Aktual

9 İyun 2018, 14:32

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və Tacikistan prezidenti Emoməli Rəhmon dövlət sərhədlərinin demarkasiya prosesini sürətləndiriləcəyini bildiriblər.

 

Modern.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlər Çinin Tsindao şəhərində ikitərəfli görüşləri zamanı bu barədə birgə bəyanat veriblər.

“Jeenbekov və Rəhmon qırğız-tacik sərhədlərinin delimitasiya və demarkasiya proseslərini sürətləndirmək haqda ümumi fikir bildiriblər” mətbuat xidmətindən bildirilib.

 

Görüş zamanı həmçinin iki ölkənin baş nazirləri səviyyəsində sərhəd məsələsində danışıqların yeni mərhələsi barədə ümumi razılıq da əldə olunub.

 

Hər iki dövlət arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyi də vurğulanıb.

Onlar sammit çərçivəsində keçirilən bu görüşü vacib məsələlərin həlli üçün əlavə imkan kimi qiymətləndiriblər.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)