Modern.az

Azərbaycan güləşçisi Ermənistan təmsilçisinə qalib gələrək finala çıxdı

Azərbaycan güləşçisi Ermənistan təmsilçisinə qalib gələrək finala çıxdı

Aktual

9 İyun 2018, 21:57

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Modern.az-a verilən məlumata görə, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

 

61 kq-da mübarizə aparan Elçin Vəliyev Rumıniya idmançısına qalib gəlsə də yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Eçinin həlledici görüşdə rəqibi Türkiyə idmançısı olacaq.

 

92 kq-da yarışan Şamil Zubairov isə ardıcıl olaraq Rusiya və Ermənistan təmsilçilərinə qalib gəlib və final yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?