Modern.az

Ağac kəsintisi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Ağac kəsintisi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Aktual

11 İyun 2018, 16:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

 

Modern.az xəbər verir ki, reyd zamanı Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində köküstə yaş 4-16 sm diametrliyində 57 ədəd iydə ağacının kəsildiyi aşkar olunub.

 

 

Araşdırma zamanı ağacların Ağcabədi rayon sakini Namiq Xanalıyev tərəfindən kəsildiyi və təbiətə 6590 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş  Prokurorluğuna göndərilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?