11 iyunda Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana arasında tanışlıq görüşü keçirilib.
Görüş zamanı Azərbaycan ilə Hindistan arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi, ekoloji monitorinq sahəsində və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.