Modern.az

Azərbaycan sərhədində məmura sui-qəsd olub

Azərbaycan sərhədində məmura sui-qəsd olub

Aktual

13 İyun 2018, 14:19

Dağıstanda dövlət məmurunun maşını naməlum şəxslər tərəfindən atəşə tutulub.

 

Modern.az xəbər verir ki, “TASS” agentliyinə bu barədə informasiya mənbəyindən məlumat verilib.

Mənbənin verdiyi məlumata görə, Dərbənd rayonunun əmlak və torpaq idarəçiliyi başçısının vəzifələrini icra edən Elman Mirzoyevin maşını atəşə məruz qalıb.

 

“Çərşənbə günü gecə saatlarında naməlum şəxslər Dərbənd rayonunun Xəzər qəsəbəsində əmlak və torpaq idarəçiliyi başçısının vəzifələrini icra edən Elman Mirzəyevə məxsus “Lada Priora” markalı avtomobilə atəş açıblar” - mənbədən bildirilib.

 

Məlumatda həmçinin hücum edən şəxslərin Dağıstan hüquq-mühafizə orqanları tərəfindən axtarıldığı da qeyd olunub.

Hadisə ilə bağlı zərər çəkmiş şəxsin peşə fəaliyyəti və daxili münaqişə kimi bir neçə versiya üzrə araşdırma aparılır.

 

Mirzəyevin səhhəti ilə bağlı heç bir məlumat verilməyib.

 

Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı