Modern.az

Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif etdi

Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif etdi

Aktual

14 İyun 2018, 09:08

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidenti TV 24 telekanalına müsahibəsində bildirib.

 

"Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. Növbəti  mərhələlərdə isə birgə istehsala başlayacağıq. Mən  Putinə S-500-ləri birlikdə istehsal etməyi təklif etdim”- deyə Ərdoğan vurğulayıb.

 

Ərdoğan həmçinin Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükü  ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə cavab verib: “Bəs Yunanıstanın S-300-ləri barədə niyə susurlar? Türkiyəyə qarşı belə bir siyasətin yürüdülməsi anlaşılmazdır.  Biz daim müdafiə sənayemizin tələbatlarını təmin etməyə çalışacağıq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)