Modern.az

Azay Quliyev üçün xüsusi tarix...  

Azay Quliyev üçün xüsusi tarix...   

Aktual

23 İyun 2018, 11:25

Bu gün Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin doğum günüdür.

Modern.az xəbər verir ki. A.Quliyevin 47 yaşı tamam olub.

Azay Quliyev 23 iyun 1971-ci ildə Ermənistan SSR-in Sisian rayonun Vağudi kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb.

1989-1991-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmət keçib.

1992-1997-ci illərdə Bakı Dövlət UniversitetininTarix fakültəsində, 1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun "Beynəlxalq Dövlət İdarəçilik Proqramı"nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-da Harvard, "Kennedy School"da, "QHT Liderləri üçün Strateji İdarəetmə" proqramında, 2007-2013-cü illərdə isə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil alıb.

1993-1998-ci illərdə "Elitar" Gənclər Klubunun və "Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı" İctimai Birliyinin sədri olub.

1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999-2008-ci illərdə Azərbaycan Milli QHT Forumunun prezidenti vəzifələrində çalışıb.

2001-2003-cü illərdə Almaniya Texniki Əməkdaşlıq Agentliyinin(GTZ) Azərbaycan nümayəndəliyinin vətəndaş cəmiyyəti üzrə eksperti olub.

2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Milli Məclisə deputat seçilib.

2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputat seçilib.

Azay Quliyev 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir. Dövlətin vətəndaş cəmiyyətinə dəstəyinin uğurlu mexanizmi olan Şura QHT-lərə məlumat, təşkilati-texniki, konsultativ, maliyyə və metodiki yardım edir.

A.Quliyev 2016-cı ildən ATƏT PA-nın vitse-prezidentidir.

Siyasi elmlər üzrə fəlsəfə doktorudur, ingilis, rus və türk dillərini bilir. Ailəlidir, üç övladı var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)