Modern.az

Goranboyda maşın aşdı: xəsarət alanlar var

Goranboyda maşın aşdı: xəsarət alanlar var

Aktual

24 İyun 2018, 14:24

Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qəza olub.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, "KIA Sportage" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

 

Qəza zamanı 2 qadın bədən xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, xəsarət alanlar ana və qızıdır. Onlardan biri sürücü olub.

 

 

Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?