Modern.az

Yasamalda qadına zor tətbiq edib çantasını alan şəxs tutuldu

Yasamalda qadına zor tətbiq edib çantasını alan şəxs tutuldu

Aktual

25 İyun 2018, 15:05

İyunun 24-də Yasamal rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini S.Abbasovaya zor tətbiq edərək içərisində pul və şəxsiyyət vəsiqəsi olan çantasını alıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov saxlanılıb.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)