Modern.az

İlham Əliyev Cibuti dövlət başçısını təbrik edib

İlham Əliyev Cibuti dövlət başçısını təbrik edib

Aktual

25 İyun 2018, 18:49

Prezident İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu göndərib.

 

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

 

İnanıram ki, Azərbaycan ilə Cibuti arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

 

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cibuti xalqına əmin-amanlıq və rifah arzulayıram".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?