Modern.az

Virtual pullar bazarında qiymətlər dəyişdi

Virtual pullar bazarında qiymətlər dəyişdi

Aktual

25 İyun 2018, 21:09

Bitkoinin qiyməti ötən həftənin sonunda 2017-ci ilin noyabr ayından ilk dəfə 6 min dollar həddindən aşağı düşdükdən sonra bu həftə yüksəlməyə başlayıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, mütəxəssislər kriptovalyutanın qiymətinin yaxın müddət ərzində qeyri-stabil qrafik sərgiləyəcəyini proqnozlaşdırır.

 

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 3,58% bahalaşaraq 6 157 dollar təşkil edib.

 

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,01% və ya 497,13 dollaradək ucuzlaşıb, "Ripple" 2,25% (0,48 dollara qədər), "Bitcoin Cash" 5% (744,18 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 250,88 milyard dollar təşkil edir və bunun 42 faizi bitkoinin payına düşür.

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)