Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Aktual

25 İyun 2018, 23:18

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,57 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,09 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 74,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,09 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlincə, 71,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 73,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi