Modern.az

Misirin uduzmasına dözməyən futbolçu öldü

Misirin uduzmasına dözməyən futbolçu öldü

Aktual

26 İyun 2018, 00:59

Misirin "Zamalek" klubunun keçmiş futbolçusu və kapitanı Əbdülrəhim Məhəmməd DÇ-2018-in qrup mərhələsinin son turunda keçirilən Misir-Səudiyyə Ərəbistanı matçına baxan zaman vəfat edib. Modern.az "Report"a istinadən xəbər verir ki, bunu misirli jurnalist oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, futbolçu səudiyyəlilərin Misirin qapısına vurduğu ikinci qoldan sonra ürək tutmasından keçinib.

 

Misirlilərin baş məşqçisi Ektor Kuper ötənlərin məşhur futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib.

 

Misir komandası hesab 1:1 olarkən 90+4-cü dəqiqədə qapısında ikinci qolu görüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi