"Yuventus" klubunun keçmiş qapıçsı Canluici Buffon karyerasını Fransanın PSJ klubunda davam etdirəcək.
Modern.az xəbər verir ki, PSJ 40 yaşlı qapıçıya müqavilənin detallarını razılaşdırıb. Buffon 2 il Fransa klubunda çıxış edəcək. O, yaxın günlərdə tibbi müayinədən keçəcək və PSJ ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Canluici Buffon 2001-ci ildən "Yuventus"da çıxış edib.