Modern.az

Amerikalı ekspert Bakıda biznes seminarları keçirir

Amerikalı ekspert Bakıda biznes seminarları keçirir

Aktual

26 İyun 2018, 15:16

Silikon Vadisində fəaliyyət göstərən ekspert və sərmayədar, Berkli və Standfor universitetlərində biznesin inkişafı sahəsində mühazirələr oxuyan Riçard Rasmussen 26-30 iyunda Azərbaycanda səfərdədir.

 

Modern.az-ın  məlumatına görə, o, biznes inkubatorlarının və yerli universitetlərin təmsilçiləri ilə görüşərək biznes sahəsində ekoloji məsələlərin həll olunması barədə müzakirələr aparacaq.

 

R.Rasmussen həmçinin "Clean Tech Competition Program ClimateLaunchPad National Final" biznes müsabiqəsinin beynəlxalq hakimlərinin biri kimi iştirak edəcək. R.Rasmussen Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) və İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda görüşlər keçirərək investisiya siyasətini və Azərbaycan hökumətinin startap bizneslərinə verə biləcəyi köməyi müzakirə edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi