27 iyun tarixində Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.
Bunu Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyevin sözlərinə görə, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycana keçəcək və nazir müavini Mahmud Məmmədquliyev sədrliyi qəbul edəcək.