Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib. Modern.az xəbər verir ki, “C” qrupunda Avstraliya-Peru və Fransa–Danimarka oyunları baş tutub. Avstraliya və Peru komandaları Soçidəki “Fişt” stadionunda, Danimarka və Fransa komandaları isə Moskvadakı “Lujniki” stadionunda keçirilib.
Fransa - Danimarka matçı 0:0 hesabı ilə başa çatıb. İndiyə qədər keçirilən bütün oyunlarda qol vurulduğundan bu qol vurulmayan ilk oyun olub.
Avstraliya Peru oyununda isə tamaşaçılar 2 qol görüb. Oyunun 18-ci dəqiqəsində Perunun oyunçusu Karilyo fərqlənib. Paulo Gerrero isə 50-ci dəqiqədə Avstraliyanın qapısına ikinci topu vurub. Oyun Perunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticələrdən sonra Fransa və Danimarka 1/8 finala vəsiqə qazanıb. Fransa qrup lideri, Danimarka qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.