Modern.az

Bakıdakı güclü yanğın söndürülüb - YENİLƏNİB, FOTO

Bakıdakı güclü yanğın söndürülüb - YENİLƏNİB, FOTO

Aktual

26 İyun 2018, 22:02

Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda başlayan yanğın söndürülüb. Modern.az xəbər verir ki, əraziyə dərhal yanğısöndürən maşın və canlı qüvvə cəlb olunub. Həyətdə saxlanılan avtomobillər səbəbindən yanğınsöndürən maşınlar əraziyə gec yaxınlaşıb. Əraziyə çətinliklə cəlb olunan 2 yanğınsöndürən maşın yanğını söndürə bilib.

 

21:03

 

Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda yanğın başlayıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğın güclü olduğundan yanğınsöndürən maşınlar əraziyə yaxınlaşa bilmir.

Binanın 1-ci mərtəbəsi üçün təhlükə yaranıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?