Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib. Modern.az xəbər verir ki, “D” qrupunda Nigeriya-Argentina və İslandiya–Xorvatiya oyunları baş tutub.
Bu oyunlardan əsas diqqət “Sankt-Peterburq Arena”da keçirilən Nigeriya-Argentina oyununa yönəlib. Oyunun 14-cü dəqiqəsində Lionel Messi hesabı açıb. 51-ci dəqiqədə Viktor Moses penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Amma 86-cı dəqiqədə Roxo daha bir qol vuraraq Argentinanı 1/8 finala daşıyıb.
Argentinanın növbəti mərhələyə çıxması üçün həm də “Rastov Arena”da keçirilən İslandiya-Xorvatiya matçında İslandiya məğlub olmalı idi. Xorvatlar pley-offa yüksəldiyindən bu görüş İslandiya üçün daha əhəmiyyətli idi. İslandiya qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalı idi. Lakin xorvatlar ardıcıl üçüncü görüşdə də qələbəni bayram ediblər.
Beləliklə, 1/8 final mərhələsində aşağıdakı komandalar qarşılaşacaq:
30 iyun
Uruqvay - Portuqaliya (Soçi)
Fransa - Argentina (Kazan)
1 iyul
İspaniya - Rusiya (Moskva, “Lujniki”)
Xorvatiya - Danimarka (Nijni-Novqorod)
2 iyul
E qrupunun qalibi - F qrupunun ikincisi (Samara)
G qrupunun qalibi - H qrupunun ikincisi (Rostov)
3 iyul
F qrupunun qalibi - E qrupunun ikincisi (Sankt-Peterburq)
H qrupunun qalibi - G qrupunun ikincisi (Moskva, “Spartak”)