Milli Ordumuzun 100 illiyi ilə əlaqədar AVMVİB rayon şöbələrində bayram tədbirləri keçirilib. Keçmiş döyüşçüləır hərbi hissələrdə, rayon ictimaiyyəti ilə görüşlərdə iştirak ediblər.
AVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ. Mingəçevir şəhərində keçirilən tədbirlərdə veteranlar daim öndə olublar. Müharibə veteranlarının daha sıx çalışdığı Mingəçevir DRES müəssisə Milli Ordunun 100 illiyi ilə əlaqədar olaraq bu idarədə çalışan 172 nəfərə veteranlara 65 manat, müharibə əlillərinə isə 130 manat pul vəsaiti verilib. AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov bu vəsait tezliklə veteranların kartlarına köçürülıcəyini bildirdi və bu diqqət üçün müəssisə rəhbərliyinə öz minnətdarlığını bildirdi.
AVMVİB XƏTAİ RAYON ŞÖBƏSİ. Xətai rayonu veteranları da Milli Ordunun 100 illiyini rayon ictimaiyyəti və rayon rəhbərliyinin iştirakıyla qeyd eləyib. Tədbirdə müharibə veteranları ilə yanaşı, rayon ictimaiyyəti də iştirak edib. AVMVİB Xətai rayon şöbəsinin sədri Sabit Kazımov Milli Ordunun 100 illiyinin geniş qeyd edilməsini təqdir etdiyini bildirib.
AVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ. Nizami rayon şöbəsi də rayonda keçirilən tədbirlərdə yaxından iştirak edib. AVMVİB Nizami rayon şöbəsinin sədri Rəcəb Baxışov bildirdiyinə görə, yubiley tədbiri çərçivəsində Keşlə qəsəbəsi Bələdiyyəsinin təşkilatçılığı ilə gənclərlə keçmiş döyüşçülərin görüşü keçirilib.
R. Baxışov bildirdi ki, hərbi -vətənpərvərlik tərbiyyəsində belə görüşlərin əhəmiyyəti böyükdür. Ona görə də belə tədbirləri mütamadi olaraq keçirmək vacibdir.
AVMVİB BEYLƏQAN RAYON ŞÖBƏSİ. Beyləqan rayon şöbəsi veteranları hərbi hissədə görüş keçiriblər. Milli Ordunun 100 illiyi ilə bağlı tədbir barədə AVMVİB Beyləqan rayon şöbəsinin sədri Fuad Abbasov, gənc əsgərlərimizlə keçirilən tədbirdə əsgərlərimizin musiqi sədaları altında rəqsetmələrini və düşmənə hər an zərbə vurmağa hazır olduqlarını bildirdi. Bu yolda keçmiş döyüşçülər hər an gənc əsgərlərimizin yanında olmağa borcludurlar.
AVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİ. Milli Ordunun 100 yaşı ilə əlaqədar Sumqayıt Texnologiyala Parkı rəhbərliyi və Həmkarlar təşkilatı keçmiş döyüşçülərlə görüş keçirdi. Tədbirin təşkilatçısı STP Həmkarlar təşkilatının rəhbəri Zülfiqar Aslanov idi. Tədbirdə çıxış edən müəssisə rəhbərliyi, YAP təşkilatı və AVMVİB Sumqayıt şəhər şöbəsi rəhbərliyi, sədr Temuraz Mansurov bu tarixi günün tarixi əhəmiyyətindən, ordumuzun günbəgün güclənməsindən və Dövlət başçısının orduya daim diqqət göstərməsindən danışdılar. Tədbirdə AVMVİB Sumqayıt şəhər şöbəsi sədrinin I müavini Zəkəriyya Rəhimov geniş çıxış edib. Müəssisədə çalışan veteranlara Milli Ordunun 100 illiyi ilə əlaqədar 150 manat həcmində mükafatlar verilib.
AVMVİB İMİŞLİ RAYON ŞÖBƏSİ. Milli Ordunun 100 yaşı ilə əlaqədar AVMVİB İmişli rayon veteranları da tədbir keçirib.AVMVİB İmişli rayon şöbəsinin sədri Taleh Quliyev toplantı iştirakçılarına Milli Ordunun yaranması və müasir dövrdəki Aərbaycan ordusunun keçdiyi inkişaf yolundan danışıb. Keçmiş döyüşçülər də keçdikləri döyüş yollarından və torpaqlarımızın tezliklə azad edilməsinin vacibliyindən danışdılar.