Modern.az

Metroda soyğunçuluq edən şəxs TUTULDU

Metroda soyğunçuluq edən şəxs TUTULDU

Aktual

27 İyun 2018, 12:37

Bakı metropolitenində polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində ictimai nəqliyyatda soyğunçuğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Belə ki, iyunun 26-da saat 8 radələrində metronun “28 May” stansiyasının girişində naməlum şəxs bir qadının çantasını açıq talama yolu ilə alaraq aradan çıxmağa çalışıb.

 

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxs yaxalanıb.

 

Araşdırmalarla onun  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov olduğu müəyyən edilib.

 

Metropolitendə Polis Şöbəsində saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)