Modern.az

“Irəvan” virtual muzeyinin 3D formatı təqdim olunacaq

“Irəvan” virtual muzeyinin 3D formatı təqdim olunacaq

Aktual

27 İyun 2018, 12:49

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaxın günlərdə “www.iravan.az “ internet jurnalı üzərindən “Irəvan” virtual muzeyinin 3D formatının təqdim edəcək.

 

Bu barədə Modern.az-a açıqlama verən birliyin sədri Vüsalə Hüseynli bildirib ki, layihənin məqsədi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və millətimizin 4 dəfə öz doğma yurdundan deportasiya olunması, tariximizin süni yollarla saxtalaşdırılması, mədəniyyətimziin mənimsənilməsi faktlarının dünyaya catdırılmasıdır: Bilirsiniz ki internetin populyar olduğu bir dövrdə insanlara yalnız tarix təqdim etməklə hədəfə çatmaq biraz çətin olur. Bu səbəbdən biz düşündük ki, bu jurnal vasitəsilə hədəfimizə çatmaq üçün jurnalı biraz rəngləndirməliyik. Bu baxımdan sayta giriş edən xaricilərin, eyni zamanda gənclərimizin İrəvana virtual səyahətini həyata keçirmək üçün “Irəvan” virtual muzeyinin 3D formatı  hazırlandı".

 

Vüsalə Hüseynli onu da qeyd edib ki, oxuculara virtual muzeylə yanaşı, oxuculara jurnalın yeni formatı, yeni dizaynıda təqdim olunacaqdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir