26 iyun 2018-ci il tarixinə olan məlumata əsasən, respublikanın 38 rayonundan “Azəripək” MMC tərəfindən 509 ton yaş barama qəbul edilib.
Kənd Təsərrüfatı Nazirliyinin əmətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmçinin respublikada 443.7 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 183.7 min hektarı buğda, 259 min hektarı arpa sahələridir.
Orta statistik göstəricilərə əsasən bu il buğdanın məhsuldarlığı 31.2 s/ha, arpanın məhsuldarlığı isə 27.7 s/ha təşkil edib.
Qeyd olunub ki, hazırda rayonlarda barama qəbulu və biçin davam etdiyi üçün mövsümün sonuna qədər bu rəqəmlər dəyişəcək.