Modern.az

Qətərin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Qətərin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Aktual

27 İyun 2018, 16:21

Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycandakı səfirini qəbul edib.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, E.Məmmədyarov Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...