“Son günlər hava şəraitinin kəskin dəyişməsi ilə ayrı-ayrı ərazilərimizdə baş verən zəlzələlər arasında hər hansı əlaqənin olması ilə bağlı iddialar əsassızdır”. Bunu Modern.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafıqqızı bildirib.
O qeyd edib ki, zəlzələ ocaqları litosferin dərin qatlarında yerləşir və orda gedən təbii proseslərin meteroloji amillərlə heç bir əlaqəsi yoxdur:
"Zəlzələlərin ardıcıl baş verməsi isə həmin ərazilərin aktiv zonada yerləşməsi ilə bağlıdır. Seysmik baxımdan aktiv zonalarda aşağı maqnitudalı təkanların baş verməsi güclü zəlzələlərin qarşısını alır və yerdə enerji boşalması baş verir" .
V.Rafiqqızı qeyd edib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Şəbəkəsi "real vaxt" rejimində işləyir:

"Azərbaycan ərazisindəki seysmik vəziyyət daim müşahidə altındadır".