Modern.az

Bakıda günvurmaya məruz qalanların sayı açıqlandı

Bakıda günvurmaya məruz qalanların sayı açıqlandı

Aktual

2 İyul 2018, 11:14

Havaların isti keçməsi ilə əlaqədar may ayından 01.07.2018-ci il tarixinədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə 49 nəfər ilə müraciət edib.

 

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-nə ambulator yardım göstərilib, 28-nə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.


Müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilib, müvafiq müalicə tətbiq edilib evlərinə buraxılıb.

 

Müraciət edən 49 nəfərdən 32-si orta yaşlarında kişi, 4-ü azyaşlı, 9-u qadındır. Aralarında ağır və həyati təhlükə ilə üzləşən olmayıb. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.

Dünən - 1 iyul tarixində isə 20 müraciət qeydə alınıb.

 

Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən günvurma halları ilə müraciət edən vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, kifayət qədər sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda vətəndaşın durumuna nəzarət məqsədi ilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı