Modern.az

Energetika Nazirliyi gücləndirilmiş rejimdə işləyir

Energetika Nazirliyi gücləndirilmiş rejimdə işləyir

Aktual

3 İyul 2018, 10:39

“Mingəçevir İstilik Elektrik Stansiyasında(İES) baş vermiş qəzadan sonra araşdırma aparılır. Yekun məlumat ictimaiyyətə təqdim olunacaq”.

Bunu Modern.az-a açıqlamasında Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəzadan danışarkən bildirib.


Nazirlik rəsmisi deyib ki, hazırda gücləndirilmiş iş rejimində tədbirlərgörülür.


“Nəticələrin aradan qaldırılması istiqamətində gücləndirilmiş iş rejimi tətbiq edilib”.

Qeyd edək ki, iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı