Modern.az

Elmar Vəliyevin ölümü təkzib edildi

Elmar Vəliyevin ölümü təkzib edildi

Aktual

4 İyul 2018, 00:15

“Gəncə rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin ölümü və ya ağır xəsarət alması ilə bağlı bəzi KİV-də yayılan məlumatların heç bir əsası yoxdur”.  

Bu barədə Modern.az-a Gəncə şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

 

Qurumdan verilən məlumata görə, bu məlumatlar reallığı əks etdirmir və faktlara  söykənməyən şayiələrdir.

 

Rəsmi məlumata görə, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı