Modern.az

Paytaxtda sərnişin sıxlığı yarandı - Bütün ehtiyat avtobuslar xətlərə çıxarıldı - FOTOLAR  

Paytaxtda sərnişin sıxlığı yarandı - Bütün ehtiyat avtobuslar xətlərə çıxarıldı - FOTOLAR   

Aktual

4 İyul 2018, 08:45

Günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir. Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbaut xidmətinin rəhbəri Mais Agayev bildirib.

Onun sözlərinə gorə, adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir:

"Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edirik".

Xatırladaq ki, qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından "Bakı Metropoliteni" QSC-nin stansiyaları 4 iyul 2018-ci il tarixində sərnişinlərə bağlı olacaq. Bu səbəbdən də sərnişinlərin əksəriyyəri avtobuslardan istifadə edir...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı