Modern.az

“Azərsu” içməli su probleminə yenidən aydınlıq gətirdi  

“Azərsu” içməli su probleminə yenidən aydınlıq gətirdi   

Aktual

4 İyul 2018, 10:22

Sutəmizləyici qurğular tam gücü ilə fəaliyyətini bərpa edib. Bunu Modern.az-a  “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisinin sözlərinə görə, Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub:

“Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı su kəmərləri vasitəsilə tam həcmdə suyun verilişi bərpa olunub. Bu gün səhər saatlarından Suraxanı, Sabunçu, Yasamal, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Sabunçu və Binəqədi rayonlarına su verilib. Tələbatın yüksək olamsı ilə əlaqədar təzyiq nisbətən aşağı ola bilər”.

 

A.Cəbrayıllı deyib ki, suyun rejimlə verilməsi sabaha nəzərdə tutulub:

“Anbarlara suyun tam həcmdə doldurulması, həm də lazımi təzyiqlərin alınması sabah mümkün olacaq. Sabah artıq əhali fasiləsiz su ilə təmin olunacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı