Modern.az

Nəqliyyat Agentliyi: pulsuz daşımayanlar haqda tədbir görüləcək

Nəqliyyat Agentliyi: pulsuz daşımayanlar haqda tədbir görüləcək

Aktual

4 İyul 2018, 11:35

Əvvəlcədən məlumat verildiyi kimi, 3 iyul 2018-ci il saat 19 radələrindən etibarən Bakı şəhərində bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərir.

 

Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, bununla əlaqədar, daşıyıcılara müəyyən göstərişlər verilib:

 

“Həmçinin, qəti şəkildə daşıyıcılara tapşırılıb ki, xüsusi rejim davam etdiyi müddətdə sərnişindaşıma ödənişsiz həyata keçirilsin. Bildiririk ki, bu və xüsusi rejimlə bağlı digər tapşırıqları yerinə yetirməyən, sosial məsuliyyətini deyil, yalnız qazanc əldə etmək maraqlarını güdən hüquqi və fiziki şəxslər barəsində ciddi tədbir görüləcək”.

Qurum rəsmisi deyib ki, sosial şəbəkələrdən və KİV-dən daxil olan bütün müraciətlər qeydə alınır və vəziyyət normallaşdıqdan sonra zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı