Modern.az

İcra Hakimiyyətindən Elmar Vəliyevin durumu ilə bağlı yeni AÇIQLAMA: “Cangüdən də ölməyib”

İcra Hakimiyyətindən Elmar Vəliyevin durumu ilə bağlı yeni AÇIQLAMA: “Cangüdən də ölməyib”

Aktual

4 İyul 2018, 13:14

“Elmar müəllimin də, mühafizəçi Qasım Aşbazovun da  səhhəti normaldır. Mühafizəçinin ölüm xəbərinin yayılması həqiqətə uyğun deyil. Yanlış informasiya yayırlar”.

Bunu Modern.az-a açıqlamasında Gəncə Şəhər  İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Həsən Məmmədov mühafizəçinin ölüm xəbərinin yayılmasına münasibət bildirərkən deyib.

İcra Hakimiyyətinin rəsmisi bildirib ki, icra başçısı ilə mühafizəçi eyni xəstəxanada müalicə almır.

“Elmar Vəliyev Gəncə Klinik Xəstəxanasında, Qasım Aşbazov isə Gəncə Beynəlxalq Hospitalında müalicə alır. Mütəmadi olaraq hər iki xəstəxana ilə əlaqə saxlayırıq. Heç birinin  səhhətində ciddi problem yoxdur. Yayılan məlumatlar yanlışdır”.

Qeyd edək ki, 3 iyulun 3-ü axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətlərindən Modern.az-a daxil olan məlumata görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı