Modern.az

Adəm Məmmədov vəkillik fəaliyyətini dayandırdı

Adəm Məmmədov vəkillik fəaliyyətini dayandırdı

Aktual

8 İyul 2018, 22:44

Tanınmış hüquqşünas Adəm Məmmədov vəkillik fəaliyyətini dayandırdığını açıqlayıb. Modern.az xəbər verir ki, A.Məmmədov bu addımının birmənalı qarşılanmayacağını bildirib: “Əminəm ki, səmimi dostlar tərəfindən birmənalı qarşılanmayacaq. Lakin, mən artıq qərarımı vermişəm...
Praktiki-peşəkar vəkillik fəaliyyətimdən tam kənarlaşıb, yəni dayandırıb, sırf hüquq sahəsində elmi fəaliyyətə başlamağı vacib bildim. Düşünürəm ki, təcrübəm, araşdırmalarım və dunya görüşüm, eləcə də dəyərli çevrəm bu sahədə mənim uğur qazanacağıma daha da inam verir.

Vəkillik fəaliyyətim dövründə qazandığım uğurlar zamanı, həmişə yanımda olan Sizlərə təşəkkürümü bildirirəm, çox vaxt ən azı sadəcə sözlə göstərdiyiniz münasibəti yaxından hiss etmişəm, bəzən gərgin dövürlərdə həssas və duyarlı davranışınızla yanımda olduğunuzu hiss etdirmisiniz. Sizdən razıyam və minnətdaram.


Məncə, hər bir insan qarşısında kiçik məqsədlər yox, böyük hədəflər qoymalıdır ki, o hədəfin zirvəsinə çatanda yorğunluğun dadını belə çıxara bilsin. Təvəzökarlıqdan kənarda olsa düşünürəm ki, hüquq cameəsində həm sözümü demişəm, həm də eşidilmişəm, çalışmışam boşuna havaya söz danışmayam. Tək altı il ərzində aldığım qırxadək bəraət hökmü dediklərimin sübutu üçün yetər. Eləcədə hüquq sahəsində həmvətənlərimin marifləndirilməsi üçün Lider TV kanalında həm rəhbəri, müəllifi və aparıcısı olduğum "Hüquq və Ədalət" adlı layhiyəni həyata keçirdim. Eyni zamanda ictimai fəaliyyətim kimi Qanunla.az və Fakttv.com saytlarını yaratdım.
Bütün bunları sadalamaqda məqsidim sadəcə odur ki, gəldiyim qərar düzgün anlaşılsın. Yəni, bu cameədə qarşıma qoyduğum hədəf dəf edilmişdir. Bu gündən sonra hədəfim hüquq sahəsinin elmi araşdırması olacaq. Sözün düzü bu sahəni də sizin üçün maraqlı etmək məqsədilə dedektiv-kirminal janrda başladığım maraqlı əsərimi tamamlayıb sizlərə təqdim etmək fikrim var. 
Bir daha hamınıza təşəkkür edirəm”.

O qeyd edib ki, vəkil kimi icraatına heç bir iş qəbul etmir:

“Bu barədə mənə müraciət etməyin. Hazırda sırf icraatımda olan işlərin tamamlanması ilə məşğulam”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı