Modern.az

Ləğv olunan bankların əmlakları satışda

Ləğv olunan bankların əmlakları satışda

Aktual

9 İyul 2018, 12:55

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan QSC və bankların daşınar və daşınmaz əmlaklarını satışa çıxarır.

 

Fonddan Modern.az-a verilən məlumata görə, Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, ASC “Texnikabank”, ASC “Zaminbank”, ASC “Dekabank”,ASC “Bank of Azərbaycan”, və ASC “Qafqaz İnkişaf Bankı” balansındakı daşınar və daşınmaz əmlakların 45 lot üzrə satışa çıxarılır.

7 lot üzrə əmlak birinci dəfə,17 lot üzrə ikinci dəfə, 10 lot üçünçü dəfə,11 lot üzrə dördüncü dəfə hərracda iştirak edəcək.

Hərraclar 16 iyul, 30 iyul və 6 avqust 2018-ci ildə keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanında təşkil olunacaq.

 Hərraca cıxarılan əmlakların vəziyyəti ilə //www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 saytında tanış olmaq olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı